ABŞ İranın nüvə obyektlərinə B-2 bombardmançıları ilə zərbə endirib

2025/06/1750565410.jpg
Oxunub: 515     05:14     22 İyun 2025    
ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

“ABŞ-nin B-2 bombardmançıları İranın nüvə obyektlərinə zərbələr zamanı istifadə edilib”, – agentliyin həmsöhbəti bildirib.

Nəşr xatırladıb ki, əvvəllər obyektlərə zərbə endirmək üçün uyğun bombalarla təchiz edilə bilən B-2 bombardmançılarının yerdəyişməsi barədə məlumat verilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin