KİV: İsrail ABŞ-ın İranla müharibəyə ciddi hazırlaşdığına inanır

2025/06/1750564879.jpg
Oxunub: 323     02:51     22 İyun 2025    
ABŞ İsrailə İranla müharibəyə girmək qərarı barədə məlumat verməyib, lakin İsrail hesab edir ki, Vaşinqton artıq buna hazırlaşır.

Ordu.az xəbər verir ki, bu versiyanı İsrailin yüksək rütbəli iki hərbçisinə istinadən “The New York Times“ (NYT) irəli sürüb.

Qəzetin mənbələrinin fikrincə, ABŞ çox güman ki, münaqişədə iştirak edəcək və mümkün zərbəyə hazırlıq artıq başlayıb.

Onlar ABŞ-ın İrana hücumunun yaxın günlərdə baş verə biləcəyini iddia edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İran  


Bizi "telegram"da izləyin