Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi danışıqların gedişatından xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.
“Mənbələrə görə, Vaşinqtonun tələbləri arasında balıq ixracı kvotaları ilə bağlı tədbirlər var ki, bunlar Aİ-də Ümumdünya Ticarət Təşkilatının qaydaları ilə uyğunsuz hesab edilir; gömrük rüsumları ilə bağlı qarşılıqlı olmayan tədbirlər; Aİ rəsmiləri tərəfindən qeyri-real adlandırılan iqtisadi təhlükəsizlik sahəsində bir sıra tələblər”, – məlumatda deyilir.
Qeyd olunur ki, hətta razılaşma əldə edilsə belə, amerikan rüsumlarının bir hissəsi qüvvədə qalacaq.
Ordu.az