İran Prezidenti atom enerjisi üzrə dialoqa hazır olduğunu bildirib

2024/12/1734610245.jpg
Oxunub: 388     20:29     21 İyun 2025    
İran atom enerjisi üzrə dialoqa hazırdır, lakin sülhməramlı nüvə proqramından əl çəkməyəcək.

Ordu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla söhbətində deyib.

"Biz dinc nüvə enerjisi sektorunda etimadı gücləndirmək üçün dialoqa və əməkdaşlığa hazırıq. Bir tərəfdən, nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacağıq, digər tərəfdən isə İsrailə cavabımız daha sarsıdıcı və qəti olacaq", - Pezeşkian bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Prezident  


Bizi "telegram"da izləyin