İran xarici işlər naziri Abbas Əraqçi İstanbulda Səudiyyə Ərəbistanı, İraq və Qətərin XİN başçıları - Feysal bin Fərhan əl Səud, Abdurrəhman Əl Tani və Fuad Məhəmməd Hüseyn ilə məsləhətləşmələr aparıb.
Ordu.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, görüş şənbə günü İslam Əməkdaşlıq Təşkilatının XİN başçılarının görüşü çərçivəsində keçirilib.
Bildirilib ki, görüşlər zamanı regional hadisələr, həmçinin İsrailin İran ərazisinə zərbələri müzakirə olunub.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Əraqçi
İstanbul