Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti adı açıqlanmayan avropalı diplomata istinadən yazır.
"Yeni görüşün tarixi hələ təyin edilməyib, lakin rəsmilər ABŞ Prezidenti Donald Trampın əsassız olaraq təyin etdiyi müddət bitənə qədər iki həftə ərzində toplaşmaq niyyətindədirlər", - nəşr bildirib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, dünən Cenevrədə "Avroüçlüyün" XİN başçıları və İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüş heç bir irəliləyiş olmadan başa çatıb.
Daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Tehranın nüvə fəaliyyəti ilə əlaqədar yaranmış böhranın diplomatik yolla həlli üçün İrana maksimum iki həftə vaxt verməyə hazırdır.
Ordu.az