Ordu.az xəbər verir ki, bu addım ölkənin müdafiə infrastrukturunu modernləşdirmək və regional təhlükəsizlik təhdidlərinə qarşı hazırlıqlı olmaq məqsədilə atılmış əhəmiyyətli bir strategiya kimi qiymətləndirilir.
“Bell Helicopter” şirkətinin verdiyi məlumata görə, helikopterlərin təslimatı yaxın zamanda həyata keçiriləcək və bu platformalar çoxsaylı hərbi tapşırıqlarda istifadə edilə biləcək. Rəsmi açıqlamada bildirilib: “Bu yeni platformalar Tunis ordusunun hava hərəkətliliyini artıracaq və quru və dəniz əməliyyatlarında kritik dəstək göstərəcək”.
Alınan helikopterlər həm kəşfiyyat, həm də personal və yük daşıma missiyalarına uyğun dizayn olunub. Eyni zamanda, bu platformalara müasir silah sistemləri və elektron avadanlıqlar quraşdırmaq imkanı da mövcuddur ki, bu da onların döyüş effektivliyini artırır.
Tunis Müdafiə Nazirliyi nümayəndələri isə vurğulayıb: “Regiondakı mürəkkəb təhlükəsizlik şəraiti fonunda hava qüvvələrimizi gücləndirməliyik. Bu yeni helikopterlər əməliyyat çevikliyimizi və çəkindiricilik qabiliyyətimizi artıracaq”.
Sevinc Əliyeva
Ordu.az