Ordu.az xəbər verir ki, polimer elektrolitlər və yenilikçi hücrə dizaynı sayəsində bu batareyalar kiçik ölçülü Pilotsuz Uçuş Aparatlarının (PUA) uçuş müddətini 20 dəqiqədən 35 dəqiqəyə qədər artıraraq 75%-lik artım təmin edir.
Bərk hal polimer elektrolitlərin üstünlükləri
Yeni batareyalarda istifadə olunan bərk hal polimer elektrolitlər ənənəvi maye elektrolit sistemləri ilə müqayisədə daha yüksək enerji sıxlığı, termal sabitlik və təhlükəsizlik təqdim edir. Bu, yanğın riskini azaldır və batareyaların həm istismar müddətini, həm də performansını artırır. MAİ mühəndisləri qeyd edir: “Onlar yüksək cərəyan yüklərini nominal güclərinin on qatına qədər performans itkisi olmadan daşıya bilirlər”.
Bu texnologiya əsasən daxili yanma mühərrikli böyük PUA-lardan fərqli olaraq “Eleron-3” və mikro elektrikli PUA-lar kimi kiçik platformalara yönəlib. Az səs-küy və termal iz buraxmayan bu cihazlar kəşfiyyat, radioelektron mübarizə və sahə müşahidəsi kimi missiyalarda uzunmüddətli enerji təminatı verir.
Sürü PUA-lar və avtonom sistemlərdə mühüm rol
Bundan əlavə, Rusiya bu batareyaları sürü şəklində işləyən PUA-lar və avtonom döyüş sistemlərində tətbiq etməyi planlaşdırır. Batareyaların yüksək boşalma gücü və kompakt ölçüləri sürətli manevr və fasiləsiz rabitə tələb edən əməliyyatlarda mühüm rol oynayacaq. Sınaqları uğurla başa çatan bu sistemlərin yaxın zamanda sahədə istifadəyə verilməsi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az