MKE-nin çoxfunksiyalı MKE MOD184 başlığı TSQ-nin istifadəsinə təqdim olunur

2025/06/1750503444.jpg
Oxunub: 374     15:11     21 İyun 2025    
Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Makina və Kimya Sənayesi A.Ş.” (MKE) ölkənin ilk kalifikasiyası tamamlanmış çoxfunksiyalı başlıq sistemi olan MKE MOD184-ü Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, MKE tərəfindən həyata keçirilən “Türkiyə Silahlı Qüvvələrinin ehtiyac duyduğu bütün konvensional başlıq sistemlərinin yerli və milli imkanlarla layihələndirilib istehsal olunması” layihəsi çərçivəsində 105 mm-dən 203 mm-ə qədər bütün artilleriya mərmiləri üçün uyğundur.

“MKE MOD184” başlığı 105 mm-dən 203 mm-ə qədər fırlanma sabitliyi olan bütün dağıdıcı mərmilərdə istifadəyə uyğun şəkildə hazırlanıb. Sistem müasir təhlükəsizlik tələblərinə tam cavab verir və biri-birindən asılı olmayan iki təhlükəsizlik mexanizminə sahibdir.

Bu başlıq avtomatik doldurma sisteminə malik müasir 155 mm-lik artilleriya qurğularında istifadəyə tam uyğundur və sürətli şəkildə proqramlaşdırıla bilir. Başlıq atışdan öncə istənilən sayda proqramlaşdırıla bilər, daxil edilmiş vaxt parametrləri limitsiz sayda oxuna bilər. Həmçinin, başlıqdayerləşən batareyanın vəziyyəti də istənilən anda yoxlanıla bilir.

Radioelektron müharibəyə davamlı şəkildə hazırlanmış bu başlıq siqnal qarışdırıcılarına qarşı qorunur. Əgər başlığa xüsusi avadanlıq vasitəsilə heç bir rejim təyin edilməzsə, o zaman sistem avtomatik olaraq gecikməli rejimə keçir və bu da onu elektron yönləndirməyə qarşı müdafiəli edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin