"İsrail dünyanın ən böyük düşmənidir" - Ərdoğan

2025/03/1741715071.jpg
Oxunub: 376     14:49     21 İyun 2025    
İsrail dünyanın ən böyük düşmənidir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının DİN rəhbərlərinin toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, İsrailin İrana qarşı hücumları məhz İran İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqların başlandığı bir vaxtda baş verib.

“İsrailin Qəzza, Livan, Yəmən, Suriya və İranda həyata keçirdiyi hücumlar bir quldurluqdur. Netanyahunun administrasiyası İrana hücum etməklə sübut etdi ki, dünyanın ən böyük düşmənidir”, – deyə o vurğulayıb.

Ərdoğan əlavə edib ki, mövcud böhran yalnız diplomatik yollarla və iki ölkə arasında dialoq vasitəsilə həll oluna bilər. O, həmçinin digər ölkələri İsrailə təzyiqləri artırmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   İsrail  


Bizi "telegram"da izləyin