İran XİN rəhbəri: "ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq"

2025/05/1746162378.jpg
Oxunub: 321     13:59     21 İyun 2025    
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib.

Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır: “2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin