Hakan Fidan: "Türkiyə İƏT-in potensialını ortaya qoymaq üçün lazımi addımlar atır"

2024/07/1720975084.jpg
Oxunub: 277     12:58     21 İyun 2025    
Türkiyə İƏT-in potensialını ortaya qoymaq üçün lazımi addımlar atır və atmağa davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb.

O qeyd edib ki, üzv ölkələrin mövqeyinin artırılması istiqamətində işlər görülür.

Nazir İsrailin İrana hücumundan da söz açaraq bu gərginliyi qınadığını vurğulayıb: “Beynəlxalq hüququn işi gərginliyin genişlənməsinin qarşısını almaq olmalıdır. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində gərginliyi azaltmaq yolunda işlər görür”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Türkiyə  


Bizi "telegram"da izləyin