Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, 2011 – 2014-cü illərdə ölkəyə rəhbərlik edən M.Marzuki hazırkı prezident Kays Sayedin qatı tənqidçisi olaraq tanınır.
O, dövlət təhlükəsizliyinə xələl gətirməkdə ittiham olunub.
Qeyd edək ki, bu, onun barəsində çıxarılan üçüncü hökmdür. Bundan əvvəl sözügedən şəxs müxtəlif epizodlar üzrə müvafiq olaraq 8 il və 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ordu.az