“Sepah”ın “Əl-Qüds” bölməsinin iki yüksək rütbəli komandiri öldürülüb - YENİLƏNİB

2025/06/1750486618.jpg
Oxunub: 631     11:50     21 İyun 2025    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) "Əl-Qüds" bölməsinin komandiri Behnam Şəhriyari ölkənin qərbində öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvələrinin (IDF) sosial şəbəkələrdə yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, Şəhriyari Yaxın Şərqdə silah tədarükünə görə məsul idi.

"Şəhriyari həmçinin müxtəlif terror təşkilatlarına hər il yüz milyonlarla dolların köçürülməsi üzrə əməliyyatlara da rəhbərlik edirdi", - məlumatda qeyd olunub.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin İranın Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə İsarilin müdafiə naziri İsrail Katz bildirib.

Katz İzadinin 7 oktyabr hücumundan əvvəl HAMAS-ı maliyyələşdirmək və silahlandırmaqdan məsul olduğunu bildirib və əməliyyatı İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qum   SEPAH  


Bizi "telegram"da izləyin