İsrail Müdafiə Qüvvələri "Sepah"ın komandirini öldürüb

2025/06/1750484035.jpg
Oxunub: 391     09:21     21 İyun 2025    
İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Hərbi Hava Qüvvələrinin (HHQ) ikinci PUA briqadasının komandiri Aminpur Cudakinin öldürüldüyünü bildirib.

Ordu.az xəbər verir ki, bu barədə IDF-in “Telegram” kanalında məlumat verilib.

Qeyd olunub ki, Cudaki IDF qüvvələri tərəfindən ikinci PUA briqadasının əvvəlki komandiri Tahir Purun iyunun 13-də öldürülməsindən sonra bu vəzifəyə təyin edilib və İranın cənub-qərbindəki Əhvaz bölgəsindən İsrail ərazisinə yüzlərlə PUA hücumuna rəhbərlik edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Sepah  


Bizi "telegram"da izləyin