“Koluman”dan İndoneziya enişi: Regional tərəfdaşlıq hədəfdir

2025/06/1750483700.jpg
Oxunub: 90     09:27     21 İyun 2025    
Türkiyənin qabaqcıl quru platforması istehsalçılarından biri olan “Koluman” ikinci dəfə İndoneziyanın paytaxtı Cakartada keçirilən “Indo Defence” sərgisinə qatılıb.

Ordu.az xəbər verir ki, şirkət Türkiyə Silahlı Qüvvələrinin inventarında aktiv şəkildə xidmət edən vasitələrini bu dəfə Asiya-Sakit Okean bölgəsindəki hərbi nümayəndə heyətlərinə və potensial iş ortaqlarına təqdim edib.

“Koluman” Layihə Bölməsinin meneceri Alperen Işık jurnalistlərə verdiyi açıqlamada sərgidə iştirakın təkcə məhsulun tanıtımı baxımından deyil, həm də regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma təklif etdiyini bildirib.

Işıkın sözlərinə görə, əvvəllər yalnız prototip mərhələsində olan bəzi vasitələrin indi 100-dən çox tədarüklə aktiv fəaliyyət göstərməsi şirkətin bu bazarda əlini xeyli gücləndirib.

O, sərgidə təqdim olunan zirehli yanacaq tankeri, tank daşıyıcı və “Kısrak” vasitələrinin hazırda Türkiyə ordusunda xidmət göstərməsinin xaricdə apardıqları görüşlərdə mühüm bir istinad nöqtəsi olduğunu vurğulayıb.

Işık, həmçinin bildirib ki, bu avtomobillərin NATO standartlarına uyğun olaraq kvalifikasiya sınaqlarından keçməsi, regionun iqlim və relyef şəraitinə uyğun imkanlar təqdim etməsi marağı artıran əsas amillərdəndir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koluman   İndoneziya  


Bizi "telegram"da izləyin