Ordu.az xəbər verir ki, bu barədə “Armyrecognition” məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin mənbələrinin verdiyi məlumata görə, beşinci nəsil F-22 döyüş təyyarələri Britaniyadakı “Lakenheath” aviabazasına gəlib.
Rəsmilər bildiriblər ki, yerləşdirmənin məqsədi Avropada hava hücumundan müdafiə imkanlarını artırmaq və müttəfiqlərlə əməliyyat birliyini gücləndirməkdir.
Mövzu ilə bağlı rəsmi açıqlamada deyilir: “Bu yerləşdirmə NATO müttəfiqləri qarşısında öhdəliklərimizin bariz nümayişidir. Bu, həm də regionda qeyri-sabitliyə qarşı çəkindirici mesajdır”.
“F-22 Raptor” qabaqcıl radarlardan yayına bilən gizli və hava üstünlüyü imkanları ilə seçilir. ABŞ-nin bu kritik platformaları Avropaya təhvil verməsi İrana qarşı hərbi variantın ciddi şəkildə müzakirə olunduğuna dair şərhləri də gətirib.
Pentaqon hələlik birbaşa İranı hədəf alan açıqlama verməsə də, yaxın günlərdə bölgədə diplomatik və hərbi fəallığın daha da artacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az