Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

2025/06/1750480424.jpg
Oxunub: 949     06:54     21 İyun 2025    
ABŞ İsrailin başladığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika hərbçilərinə qarşı cavab zərbələri endirməyə hazır olacaq.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi "NBC News" telekanalına müsahibəsində bildirib.

“Müharibə gedirsə, tərəflər bir-birinə zərbə endirir. Bu, aydın məsələdir. Özünümüdafiə isə hər bir ölkənin qanuni haqqıdır,” – nazir deyib.

İranın baş diplomatı onu da bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp istəsəydi, bir telefon zəngi ilə İsraili İrana hücumu dayandırmağa razı sala bilərdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Amerika   İsrail  


Bizi "telegram"da izləyin