Makron: Aİ kosmosda müdafiə sahəsində güclənməlidir

2025/06/1750479799.jpg
Oxunub: 327     03:14     21 İyun 2025    
Avropa kosmik sənayeyə investisiyaları artırmalı və kosmosda müdafiə sahəsində daha güclü mövqe tutmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Paris yaxınlığında Le Burje şəhərində keçirilən beynəlxalq aviasalon zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Rusiya Avropa üçün ekzistensial təhlükəsinə çevrilib və bu, təhlükəsizlik yanaşmalarının yenidən nəzərdən keçirilməsini zəruri edir.

“Bu o deməkdir ki, biz kosmosa investisiyaları artırmalı və kosmik müdafiə sahəsində daha çevik və qətiyyətli addımlar atmalıyıq,” – deyə Fransa lideri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron     Kosmos  


Bizi "telegram"da izləyin