Britaniya İranı Cenevrə danışıqlarından sonra ABŞ-la müzakirələri davam etdirməyə çağırıb

2025/06/1750479581.jpg
Oxunub: 524     02:09     21 İyun 2025    
İran və ABŞ Tehranın nüvə proqramı ilə bağlı məsələlərin sülh yolu ilə həlli üzrə danışıqları davam etdirməlidir.

Ordu.az-ın xəbərinə görə, bunu bu gün Cenevrədə "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa və Almaniya) xarici işlər nazirliklərinin rəhbərləri arasında keçirilən danışıqların yekunları ilə bağlı Böyük Britaniyanın xarici işlər naziri Devid Ləmmi deyib.

"İranla bu müzakirələrin aparılması vacib idi və bu ölkənin nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və Tehranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik", - o deyib.

Onun fikrincə, vəziyyət hazırda təhlükəlidir. Nazir qeyd edib ki, regional eskalasiyanın qarşısını almaq vacibdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran   Cenevrə  


Bizi "telegram"da izləyin