XİN rəhbəri: ABŞ İrana hücum üçün danışıqlardan örtük kimi istifadə edə bilər

2025/06/1749974873.jpg
Oxunub: 288     01:25     21 İyun 2025    
“ABŞ İrana hücum üçün danışıqlardan örtük kimi istifadə edə bilər”.

Ordu.az xəbər verir ki, bunu Cenevrədəki danışıqların yekunlarına görə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“İndi hər şey ABŞ-dan asılıdır - onlar həqiqətən diplomatik həll yolu tapmaq istəyirlər, yoxsa əvvəldən fərqli planları var idi və onsuz da İrana hücum etmək niyyətində idilər. Ola bilsin ki, onlara pərdə kimi yalnız danışıqlar lazım olub”, - deyə Əraqçi qeyd edib.

O vurğulayıb ki, son hadisələrdən sonra Tehran Vaşinqtona etibar etməkdə çətinlik çəkir: Onların etdikləri əslində diplomatiyaya xəyanət idi”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin