Ordu.az xəbər verir ki, İrəvani çıxışında İsrailin təcavüzü davam etdiyi müddətcə İranın özünümüdafiə hüququndan istifadə edəcəyini vurğulayıb.
Diplomat əlavə edib ki, İran ABŞ-nin münaqişəyə müdaxilə edə biləcəyi ehtimalı ilə bağlı yayılan məlumatlardan narahatdır.
“Aydın şəkildə bildirmək istərdim: İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır və dünyada ən genişmiqyaslı yoxlamalara məruz qalan proqramlardan biridir,” – deyə o, bəyan edib.
İran nümayəndəsinin çıxışına cavab olaraq İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib ki, İran beynəlxalq ictimaiyyətdən özünü müdafiə etməsini tələb edə bilməz. “İranın yaratdığı nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq,” – Danon qeyd edib.
Ordu.az