Aİ İsrailin Assosiasiya Sazişini pozduğuna dair əlamətlər müşahidə edib

2025/06/1750441526.jpg
Oxunub: 441     21:32     20 İyun 2025    
Avropa İttifaqı (Aİ) İsrailin İttifaqla imzalanmış Assosiasiya Sazişini pozduğuna dair əlamətlərin olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi özündə olan sənədə istinadla məlumat yayıb.

Sənədə əsasən, Avropa Xarici Fəaliyyət Xidməti bir sıra müstəqil beynəlxalq institutların qiymətləndirmələrinə əsaslanaraq hesab edir ki, İsrailin insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri pozduğuna dair əlamətlər mövcuddur.

Söhbət Avropa İttifaqı ilə İsrail arasında bağlanmış Assosiasiya Sazişinin 2-ci maddəsində əksini tapan öhdəliklərdən gedir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İsrail  


Bizi "telegram"da izləyin