AEBA İsrailə İranın nüvə obyektlərinə zərbə endirmək barədə xəbərdarlıq edib

2025/06/1749921542.jpg
Oxunub: 393     20:04     20 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İsrailə İranın nüvə obyektlərinə zərbə endirmək barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, məsələ barədə AEBA-nın rəhbəri Rafael Qrossi İran və İsrail arasında gərginliyin artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.

"Nüvə obyektlərinə hücumlar heç vaxt baş verməməlidir. Bu cür hücumlar radioaktiv materialların buraxılmasına gətirib çıxara bilər və hücuma məruz qalan ölkə daxilində, hətta onun hüdudlarından kənarda ciddi nəticələrə səbəb ola bilər.

Ona görə də maksimum təmkinli olmaq çağırışımı təkrar edirəm”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEBA   İsrail   İran  


Bizi "telegram"da izləyin