Rafael Qrossi: "Buşehr nüvə stansiyasına hücum regional fəlakətə yol aça bilər"

2025/06/1750433379.jpg
Oxunub: 443     18:59     20 İyun 2025    
Buşehr nüvə stansiyasına hücum regional fəlakətə yol aça bilər.

Ordu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatın (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“Son bir neçə saat ərzində region ölkələri birbaşa olaraq mənimlə əlaqəyə keçərək narahatlıqlarını dilə gətiriblər. Mən bir məsələni tamamilə aydın şəkildə demək istəyirəm: Buşehr nüvə obyektinə hücum yüksək miqdarda radioaktivliyin yayılmasına gətirib çıxaracaq”, - Qrossi BMT Təhlükəsizlik Şurasındakı çıxışında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   Buşehr  


Bizi "telegram"da izləyin