Qrossi: "AEBA yoxlama sistemi vasitəsilə İranın nüvə silahına sahib olmayacağına zəmanət verə bilər"

2024/11/1731397904.jpg
Oxunub: 420     19:14     20 İyun 2025    
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu AEBA-nın rəhbəri Rafael Qrossi İran və İsrail arasında gərginliyin artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasında bildirib.

"Lazımi siyasi iradə olduqda diplomatik həll mümkündür. Sazişin elementləri müzakirə olunub və AEBA etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zəmanət verə bilər. Bu, Yaxın Şərqdə sülh gətirəcək və nüvə böhranının qarşısını alacaq uzunmüddətli sazişin əsası ola bilər", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrossi   AEBA   İran  


Bizi "telegram"da izləyin