Cenevrədə İranla Avropa ölkələri arasında danışıqlar başlayıb

2025/06/1750303022.jpg
Oxunub: 423     17:44     20 İyun 2025    
Cenevrədə İranla Avropa ölkələri arasında danışıqlar başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

İran Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda bu gün Cenevrədə Avropa ölkələri - Britaniya, Fransa və Almaniya ilə danışıqlar aparır.

Danışıqlarda İranı xarici işlər naziri Abbas Əraqçi, Avropa nümayəndə heyətini isə adıçəkilən ölkələrin XİN rəhbərləri təmsil edir.

Bundan əlavə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da danışıqlarda iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cenevrə   İran   Avropa  


Bizi "telegram"da izləyin