İsrail Hizbullah komandirini öldürüb - VİDEO

2024/11/1732856593.jpg
Oxunub: 401     16:54     20 İyun 2025    
İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın Livanın cənubundakı Şabriya rayonundakı Litani bölgəsində dislokasiya olunan qruplaşmasının rəhbərini məhv etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, açıqlamada Məhəmməd əl-Hüseyninin bölgəyə aviazərbələr nəticəsində öldürüldüyü bildirilib.

Qeyd olunub ki, qruplaşma vaxtilə İsrailin Hayfa və digər şəhərlərinə hücumlar təşkil edib. Son illərdə isə onların əsas məqsədi “Hizbullah”a artilleriya dəstəyinin verilməsindən ibarət olub:

“Onların fəaliyyəti İsrail və Livan arasındakı razılaşmalarla ziddiyyət təşkil edib. Bildiririk ki, İsrailə yönələcək istənilən təhdidlərin qarşısı ordumuz tərəfindən qətiyyətlə alınacaq”.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin