Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri fövqəladə yardım xidmətlərinə istinadən məlumat yayıb.
"Magen David Adom xəstəxanasından bildirilib ki, 16 yaşlı yeniyetmənin vəziyyəti ağır, 54 yaşlı kişinin vəziyyəti isə orta ağırdır. Hər iki şəxs qəlpə yarası alıb", - nəşr qeyd edib.
***
İranın hücumları nəticəsində İsrailin Hayfa şəhərində 5 nəfər yaralanıb.
Ordu.az İsrail mediasına əsasən xəbər verir ki, xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.
***
İrandan İsrailə 25 raket atılıb.
Ordu.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
***
İrandan İsrailə yeni raket hücumları qeydə alınıb.
Ordu.az xəbər verir ki, bununla bağlı İsrail ordusu özünün Telegram hesabında paylaşım edib.
Bildirilib ki, havadan müdafiə sitemləri fəaliyyətə keçib. Əhaliyə təhlükəsiz məkanlara sığınmaq göstərişi verilib.
Ordu.az