Ordu.az xəbər verir ki, qərar NATO-nun qarşıdan gələn sammiti öncəsi açıqlanıb.
Müdafiə naziri Pal Conson İsveçin prinsipcə hədəfi dəstəklədiyini deyib: "İsveç 2030-cu ilə qədər 3,5% hədəfini dəstəkləyir, lakin bunun üçün NATO daxilində konsensus lazımdır. 2032-ci il daha real hədəf ola bilər".
Parlamentdə müxalifətlə əldə edilən razılaşmaya əsasən, 2026-cı il müdafiə büdcəsinə əlavə olaraq 300 milyard kron (təxminən 3 milyard dollar) veriləcək. Bu fond hava hücumundan müdafiə sistemləri, uzun mənzilli imkanlar və sursat ehtiyatlarının gücləndirilməsi kimi sahələrdə istifadə olunacaq.
Maliyyə naziri Elizabet Svantesson qərarın arxasında duran strateji məntiqə diqqət çəkərək deyib: "Açığını desəm, bu sərmayələri uşaqlarımızın rus dilini öyrənmək məcburiyyətində qalmaması üçün edirik".
Sevinc Əliyeva
Ordu.az