İspaniya NATO-nun ÜDM-in 5%-nin müdafiəyə xərclənməsi təklifini rədd edib

2025/06/1750413588.jpg
Oxunub: 331     10:38     21 İyun 2025    
İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Trampın ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 5 faizini müdafiə xərclərinə ayırmaq təklifini rədd edib.

Ordu.az xəbər verir ki, iyunun 24-26-da Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Sammiti ərəfəsində Sançes NATO-nun baş katibi Rutteyə məktub göndərərək, müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması tələbinə qarşı çıxıb.

İspan mətbuatında əksini tapan məktubda Sançes müdafiə xərclərini artırmaq üçün istədiyi hər cür fədakarlığın hər bir hökumətin qanuni haqqı olduğunu, lakin İspaniyanın suveren bir müttəfiq olaraq bunu etməməyi seçdiyini bildirib.

Sançes müdafiə xərclərini ÜDM-in 5 faizinə bağlamanın İspaniya üçün "yalnız məntiqsiz deyil, həm də əks məhsuldar" olacağını iddia edib.

İspaniyanın Baş naziri Haaqa Sammitinin bəyannaməsinə "xərc hədəfini istəyə bağlı edəcək və ya İspaniyanı 5%-lik hədəfin həyata keçirilməsindən kənarlaşdıracaq daha çevik bir formul" əlavə etməyi təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   NATO  


Bizi "telegram"da izləyin