Ordu.az xəbər verir ki, iddialarla bağlı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr açıqlama verib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İsrail təyyarələrinin İrana hücumlarının ilk günündə Türkiyənin hava məkanını pozması xəbəri həqiqəti əks etdirmir.
Mənbələr məsələ ilə bağlı aşağıdakı açıqlamanı veriblər:
"Hücumun ilk günündə İsrail təyyarələrinin hava məkanımızı pozması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Hücumun ilk anından tərəflərin hava hərəkətləri izlənilib, İsrail təyyarələrinin hava məkanımızı pozması ehtimalı üzərinə həyəcan siqnalı verən təyyarələrimiz havaya qalxaraq, öz sərhədlərimiz daxilində həyəcan reaksiyası və hava patrul missiyaları həyata keçirməyə başlayıb".
Qeyd edək ki, İrana hücumlar zamanı İsrail təyyarələrinin Türkiyə hava məkanını pozduğuna dair mətbuatda iddialar var idi. İrana hücum zamanı bəzi İsrail təyyarələrinin Türkiyə hava məkanını pozduğu iddia edilib. Nazirlikdən verilən açıqlamada bu iddialar təkzib edilib.
Sevinc Əliyeva
Ordu.az