Ordu.az xəbər verir ki, "Hanwha Systems" çoxtəbəqəli HHM sistemlərinin inkişafı üçün "Northrop Grumman" ilə anlaşma memorandumu imzalayıb.
Yeni tərəfdaşlıq "Northrop Grumman"ın İnteqrasiya Edilmiş Hava və Raketdən Müdafiə Döyüş Komandanlıq Sistemini (IBCS) "Hanwha"nın qabaqcıl radar texnologiyaları ilə birləşdirəcək.
"Korea Times"a görə, ABŞ tərəfindən hazırlanmış IBCS dünyanın ən qabaqcıl HHM komanda və idarəetmə platformalarından biri hesab olunur. Bu sistem quruda, dənizdə və hava elementlərində radar və önləyici sistemləri inteqrasiya edərək, sıx və çevik HHM şəbəkəsi yaradır və müxtəlif təhdidlərə koordinasiyalı cavab tədbirləri təmin edir.
Cənubi Koreya tərəfində bu tərəfdaşlıq "Hanwha Systems"in radar texnologiyalarını gücləndirməyə davam etdiyi bir vaxta təsadüf edir. Daha öncə şirkətə Cənubi Koreyanın uzun mənzilli "yer-hava" raket sisteminin (L-SAM) 2-ci mərhələ inkişaf prosesi üçün çoxfunksiyalı radar (MFR) hazırlamaq tapşırılıb.
Sevinc Əliyeva
Ordu.az