"Şimşek-2" peyk buraxılış sisteminin hazırlanması və sınaqdan keçirilməsi bu ilin sonuna qədər layihələndiriləcək" - Haluk Görgün

2025/06/1750411976.jpg
Oxunub: 351     11:02     21 İyun 2025    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin (MSK) sədri Haluk Görgün Türkiyənin kosmos texnologiyaları sahəsindəki hazırkı vəziyyətini və gələcək planlarını paylaşıb.

Ordu.az xəbər verir ki, Görgün xüsusilə "Şimşek-1" və "Şimşek-2" yerli peyk buraxılış sistemi layihələri haqqında əhəmiyyətli məlumatlar verib.

Türkiyə MSK sədri "Şimşek-1" peyk buraxılış sisteminin ilk buraxılış sınağını 2027-ci ildə həyata keçirməyi planlaşdırdıqlarını bildirib.

"700 kilometr hündürlükdəki Günəşlə sinxron orbitə 1500 kiloqram ağırlığında peykləri yerləşdirmək məqsədilə konseptual dizayn işləri davam edən "Şimşek-2" peyk buraxılış sisteminin hazırlanması və sınaqdan keçirilməsi bu ilin sonuna qədər layihələndiriləcək", - deyə o qeyd edib.

Görgün bugünkü müharibə mühitinin ölkələri kosmosda istifadə edilən sistemlərdən asılı vəziyyətə saldığını, beləliklə də kosmik texnologiyaya investisiyaları artırdığını və texnoloji imkanları inkişaf etdirdiyini vurğulayıb.

Ölkələrin kosmos imkanlarının inkişafının texnoloji rəqabəti də artırdığına və kosmosda üstünlük yarışına çevrildiyinə diqqət çəkən Görgün deyib: "Ölkələrin silahlı qüvvələrinin səmərəli fəaliyyəti peyk rabitəsindən asılıdır. Kosmik rabitə coğrafiyadan və şəraitdən asılı olmayaraq fasiləsiz əlaqə imkanları təmin edir və beləliklə, bu sahədə imkanları olan ölkələrə əhəmiyyətli bir güc multiplikatorunu təmin edir. Bütün diapazonlarda işləyə bilən peyklər inkişaf etmiş ölkələrin əməliyyat imkanlarını dəstəkləyir".

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimşek   Görgün   Türkiyə  


Bizi "telegram"da izləyin