Pekinlə Vaşinqton arasında “ikinci cəbhə” riski mövcuddur? – BAXIŞ BUCAĞI

2025/06/1750407428.jpg
Oxunub: 496     18:40     20 İyun 2025    
Çin Xarici İşlər naziri Van İn bildirib ki, regiondakı vəziyyətin uçuruma doğru getməsini oturub izləmək mümkün deyil.

“Biz oturub izləyə bilmərik ki, regional vəziyyət necə uçuruma doğru gedir. Bu vacib zamanda beynəlxalq ictimaiyyət, xüsusilə region ölkələri öz güclərini birləşdirməli, ədaləti müdafiə etməli və müharibəyə qarşı durmaq, sülhü qorumaq və siyasi həllər qəbul etdirmək üçün beynəlxalq təşəbbüs yaratmalıdır”, - deyə Van İn bildirib. O, İsrailin İrana qarşı hərəkətlərini beynəlxalq hüququn, İranın ərazi bütövlüyü və suverenliyinə təcavüz kimi qiymətləndirib.

Pekində qərar qəbul etmə prosesində mühüm rol oynayan Çin Xarici İşlər naziri diplomatik səylərdən danışır. Lakin onun “oturub izləyə bilmərik” ifadəsi, xüsusilə də Çinin İranı hərbi yükdaşıyan təyyarələrlə silahlandırması barədə yayılan məlumatlar fonunda xüsusi əhəmiyyət kəsb edir. İranın süqutu əlbəttə ki, Çinin geosiyasi strategiyasına ciddi zərbə vuracaq. Ona görə də Pekin həqiqətən də əllərini bağlayıb otura bilməz. Eyni zamanda sual yaranır: ABŞ müharibəyə müdaxilə etsə, Çin nə edəcək?

İran-İsrail müharibəsi bu mənada Çin və ABŞ arasında proksi toqquşma ola bilər – İsrailə ABŞ, İran isə Çin dəstək verəcək. Amma ABŞ birbaşa müdaxilə etsə, əlbəttə ki, Çin də ona adekvat cavab verməlidir. Bəs bu prosesə cavab necə olacaq: İrana daha çox dəstək vermək, yoxsa ABŞ-yə qarşı “ikinci cəbhə” açaraq Tayvan məsələsində gərginlik yaratmaq?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pekin   Vaşinqton  


Bizi "telegram"da izləyin