“Leonardo” və “Baykar”ın “LBA Systems” ortaq müəssisəsi İtaliya mətbuatında işıqlandırılıb

2025/06/1750228470.jpg
Oxunub: 387     11:53     21 İyun 2025    
Türkiyənin lider Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı “Baykar” ilə Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan İtaliyanın “Leonardo” şirkətinin 55-ci Paris Hava Sərgisində elan etdiyi “LBA Systems” ortaq müəssisəsi İtaliya mətbuatında işıqlandırılıb.

Ordu.az xəbər verir ki, ölkənin yüksək tirajlı qəzetlərindən biri olan “Corriere della Sera” “Leonardo”nun Türkiyənin “Baykar” şirkəti ilə PUA müqaviləsi” başlıqlı xəbərində mart ayında anlaşma memorandumu imzalayan iki şirkətin ötən günlərdə 50%-lik ortaqlıq ilə “LBA System” adlı ortaq müəssisə qurduğunu, “Leonardo” və “Baykar”ın İtaliyada PUA istehsal etmək üçün bir araya gəldiyini bildirib.

Qəzet “LBA Systems”in missiyasının “uzaqdan idarə olunan təyyarə sistemləri” dizayn, inkişaf etdirmək və istehsal etmək olacağını, “Baykar”ın TB3 və “Akıncı” PUA-ları da daxil olmaqla, əsas məhsulları tədarük edəcəyini, “Leonardo”nun isə PUA-ların bir-biri ilə və təyyarədəki pilotlarla əməkdaşlıq etməsinə imkan verəcək elektron sistemlərin təchiz edilməsində iştirak edəcəyini bildirib.

Xəbərdə “Leonardo”nun baş direktoru Roberto Cinqolaninin bu açıqlamasına yer verilib: “Plan tədarüklərə 2026-cı ildə başlamaqdır”.

Ölkənin aparıcı iqtisadi qəzetlərindən biri olan “Il Sole 24 Ore” də “Leonardo” və “Baykar”dan bərabər ortaq müəssisə “LBA System” başlıqlı xəbərində qeyd edib ki, “Leonardo” və Türkiyədəki ortağı “Baykar” arasında yaradılan, baş ofisi İtaliyada olacaq “LBA Systems” adlı yeni şirkətdə səhmlər 50/50 şəklində olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   Baykar   LBA-Systems  


Bizi "telegram"da izləyin