“Past”: “Kilsə siyasətlə məşğuldur” deyə ittiham etdikdə, əslində “Kilsə danışmamalıdır” demək istəyirlər

2025/06/1750227021.jpg
Oxunub: 377     17:09     20 İyun 2025    
Siyasət kifayət qədər geniş məfhumdur və “dərslik” mənasında o, sadəcə tərəfdarlıq anlayışlarından kənara çıxır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, siyasət, dərin mənada, ictimai münasibətlər modelidir, hər bir struktur, qrup və ya fərd hər hansı ictimai məsələ ilə bağlı mövqe bildirərkən, əslində, siyasi prosesdə iştirak edir.

“Bu, təkcə siyasi elmin nəzəri əsaslarından deyil, həm də Platon və Aristoteldən başlayaraq, müasir dövlət siyasəti modellərinə qədər Qərb sivilizasiyasının ictimai düşüncə ənənələrindəndir.

Erməni kilsəsi heç vaxt sırf dini struktur olmayıb. O, institusional müqavimətin və erməni xalqının kimliyinin qorunub saxlanmasının sütunu olub. Tarixən, xüsusən də dövlətçiliyin olmadığı bir dövrdə kilsə erməni xalqının siyasi və mədəni sabitliyinin əsası olub, təkcə mənəvi struktur kimi deyil, həm də ictimai həyatın moderatoru kimi çıxış edib.

Bu konkret halda “Kilsə siyasətlə məşğuldur” deyə ittiham etdikdə, əslində “Kilsə danışmamalıdır” demək istəyirlər. Bu isə özlüyündə ictimai sferanı, siyasi sferanı mənəvi gündəmdən irəli gələn alternativ fikir və mövqelərdən məhrum etmək deməkdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kilsə  


Bizi "telegram"da izləyin