MKE Türkiyədə peşə təhsili sahəsində əsaslı addım atır

2025/06/1750064813.jpg
Oxunub: 377     10:06     21 İyun 2025    
“Makine ve Kimya Endüstrisi AŞ” (MKE) Türkiyə Milli Təhsil Nazirliyi ilə imzaladığı yeni əməkdaşlıq protokolu ilə Türkiyədə peşə təhsili sahəsində əsaslı addım atır.

Ordu.az xəbər verir ki, “Hazırlıq Kursu Olmayan Məktəb” modeli adlanan bu sistemlə müdafiə sənayesinin ehtiyac duyduğu ixtisaslı işçi qüvvəsinin birbaşa istehsal prosesləri ilə inteqrasiya olunmuş təhsil yanaşması ilə yetişdirilməsi hədəflənir.

İki qurum arasında imzalanmış “Sektordaxili Peşə Tədris Mərkəzi Əməkdaşlıq Protokolu”na uyğun olaraq, tələbələr 2025-2026-cı tədris ilindən başlayaraq birbaşa MKE-nin istehsalat xəttlərində təhsil alacaqlar.

Ənənəvi sinif mühitindən fərqli olaraq, nəzəriyyə və praktikanın bir-birinə qarışdığı öyrənmə modeli həyata keçiriləcək. Bu yolla tələbələr həm texniki bilik, həm də sahəyə uyğun tətbiq bacarıqları ilə məzun olacaqlar.

Dəftərxana ləvazimatı, geyim, nəqliyyat, yemək və içki xərcləri də daxil olmaqla, tələbələrin təhsil dövründə bütün əsas ehtiyacları MKE tərəfindən qarşılanacaq. Bundan əlavə, hər bir tələbəyə minimum əmək haqqının 30 faizi məbləğində əməkhaqqı veriləcək.

Tələbələrin peşə ixtisasları da təhsil prosesi zamanı əldə etdikləri sənədlərlə rəsmiləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin