Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İndoneziya HHQ-yə təhvil verilməsi planlaşdırılan ilk A400M nəqliyyat təyyarəsi İndoneziya HHQ-nin rənglərinə boyanaraq, istehsal prosesində mühüm mərhələni tamamlayıb.
Nəqliyyat təyyarəsi hazırda ilk uçuşundan əvvəl yerüstü sınaqlardan keçir.
“Airbus” tərəfindən istehsal olunan A400M nəqliyyat təyyarəsi strateji və taktiki hava daşımaları, tibbi evakuasiya, humanitar yardım və havada yanacaq doldurma kimi çoxyönlü missiyaları yerinə yetirə bilər.
İndoneziya sifariş verdiyi iki A400M nəqliyyat təyyarəsi ilə hava qüvvələrinin əməliyyat imkanlarını artırmağı və ölkənin hava nəqliyyatı infrastrukturunu gücləndirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az