ABŞ Niderlanda AGM-179A JAGM raketlərinin satışını təsdiqləyib

2025/06/1749887488.jpg
Oxunub: 382     12:00     14 İyun 2025    
ABŞ Dövlət Departamenti 2025-ci il iyunun 12-də Niderland Krallığına edilməsi planlaşdırılan AGM-179A tipli birgə “hava-yer” raketləri (JAGM) və müvafiq dəstək avadanlığının mümkün satışını təsdiqləyib.

Ordu.az xəbər verir ki, təxmini dəyəri 215 milyon dollar olan satışla bağlı ABŞ Konqresinə məlumat verilib.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən (DSCA) verilən açıqlamaya görə, Niderland ümumilikdə 296 ədəd AGM-179A JAGM raketi tələb edib.

Bu müasir döyüş sursatları Niderland Kral Hərbi Hava Qüvvələrinin (RNLAF) inventarında olan “AH-64 Apache” hücum helikopterlərində istifadə olunacaq.

Satış paketi təkcə döyüş sursatı ilə məhdudlaşmır, həm də aşağıdakı elementləri əhatə edir:

AGM-179 JAGM təlim raketləri (Captive Air Training Missiles - CATM),
Taktik Aviasiya Quru Sursatı Proqramı (TAGM) texniki dəstəyi,
Birgə Hücum Sursat Sistemləri (JAMS) texniki dəstəyi,
Raketin istifadəsi və texniki xidməti üzrə təlim,
Təsnif edilmiş və təsnif edilməmiş texniki sənədlər,
Ehtiyat hissələri, təmir-qaytarma prosesləri və depo xidmətləri.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Niderland  


Bizi "telegram"da izləyin