Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB

2025/04/1744090787.jpg
Oxunub: 681     19:28     05 May 2025    
Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyir.

“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp qeyd edib.

Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.

***

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə ilə ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə edilib.

Ərdoğan Trampı Türkiyəyə dəvət edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Tramp  


Bizi "telegram"da izləyin