İsrail Ordusu Suriyanın cənubunda Əsəd qüvvələrinin mərkəzi qərargahını söküb

2025/03/1743271508.jpg
Oxunub: 504     18:29     05 May 2025    
İsrail Ordusunun 810-cu briqadasının bölmələri Suriyanın cənubunda keçmiş prezident Bəşər Əsədin dövründə Hermon dağı bölgəsində Suriya ordusunun mərkəzi qərargahı kimi istifadə olunan hərbi mövqeni aşkar edərək söküb.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

"810-cu briqadanın qoşunları, o cümlədən desantçılar və "Yahalom" mühəndis bölməsi, keçmiş Suriya rejimi dövründə Hermon dağı bölgəsinə cavabdeh olan bölmənin mərkəzi qərargahında əməliyyatı başa çatdırıb. Əməliyyat çərçivəsində qoşunlar keçmiş Suriya rejiminə məxsus hərbi infrastruktur, o cümlədən bunkerlər, həmçinin toplar, buraxıcı qurğular, minaatanlar, raketlər, partlayıcı qurğular və minalar daxil olmaqla çoxlu sayda silah-sursat aşkar ediblər", - məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin