KİV: Latviya, Litva və Estoniya sərhədləri boyunca müdafiə xəttinin gücləndirilməsinə 1,2 milyard avro xərcləyəcək

2024/07/1721374825.jpg
Oxunub: 513     17:10     05 May 2025    
Latviya, Litva və Estoniya Rusiya və Belarusla sərhədləri boyunca müdafiə xəttinin yaradılması və tank əleyhinə minaların alınmasına 1.2 milyard avro vəsait sərf edəcək.

Ordu.az “The Defense Post” portalına istinadən xəbər verir ki, bunu NATO-dakı mənbə açıqlayıb.

Bu məbləğin 800 milyon avrosu yalnız minaların əldə olunmasına xərclənəcək. Həmin yeraltı partlayıcı qurğular 70 kilometrlik sərhəd xətti boyunca yerləşdiriləcək.

O da bildirilib ki, təkcə Litva 2026-2030-cu illərdə ümumi daxili məhsulun 6 faizə qədərini müdafiə xərclərinə sərf edəcək. Litva isə sərhəd boyunca səngər qazılması, eləcə də magistral yolların ətrafına ağacların əkilməsinə də diqqət yetirəcək.

Eyni zamanda Latviya, Litva və Estoniya hökumətləri pilotsuz uçuş aparatları əleyhinə radioelektron mübarizə vasitələrinin əldə olunması və erkən xəbərdarlıq sistemlərinin qurulmasına da diqqət yetirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Latviya   Litva   Estoniya  


Bizi "telegram"da izləyin