AK Avropaya dünyanın hər yerindən alimləri cəlb etmək üçün 500 milyon avro ayıracaq

2025/03/1741159564.jpg
Oxunub: 400     15:34     05 May 2025    
Avropa Komissiyası (AK) Avropaya dünyanın hər yerindən alimləri cəlb etməklə bağlı proqramları dəstəkləmək üçün 500 milyon avro ayıracaq.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sorbonnada "Avropanı seç" proqramını təqdim edərkən bildirib.

"Avropa həmişə alimlərin Avropanı seçməsinə çalışacaq. Mən 2025-2027-ci illər üçün Avropaya yeni alimlər cəlb etmək məqsədilə Avropa Komissiyasının 500 milyon avro dəyərində paket ayırmaq qərarından məmnunam", - o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AK   Avropa  


Bizi "telegram"da izləyin