Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Polşa Rusiya təhlükəsinə qarşı müdafiə qabiliyyətini artırmaq üçün tarixinin ən yüksək müdafiə büdcəsini ayırsa da, istehsal infrastrukturunda problemlər və özəl sektorun kənarda qalması səbəbindən yenidən silahlanma prosesində ciddi çətinliklər yaşayır.
Polşanın mərkəzində yerləşən “Niewiadów” sursat fabriki 1920-ci ildə Sovetlərə qarşı müharibədən sonra ölkənin müdafiə tarixində mühüm yer tutur.
Lakin bu gün onun tərk edilmiş sınaq meydançaları və uçuq-sökük binalarla dolu 80 hektarlıq sahəsində istehsal gücü son dərəcə məhduddur. Zavod rəhbərləri deyirlər ki, onlar və oxşar kiçik istehsalçılar Polşanın dövlət silah sənayesi nəhəngi PGZ tərəfindən sistematik olaraq xaric edilir.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış sələfi “PiS” hökumətini tənqid edərək deyib: “Onlar Polşa müdafiə sənayesini inkişaf etdirmədilər”.
Kamışın bəyanatları ölkənin daxili istehsal potensialında təcili islahatlara ehtiyac olduğunu vurğulayır.
Sevinc Əliyeva
Ordu.az