Avropa 2025-ci ildə Ukraynaya 1,8 milyon artilleriya mərmisi göndərəcək

2025/05/1746435714.jpg
Oxunub: 528     15:56     05 May 2025    
Çexiya prezidenti Petr Pavel ölkəsinin rəhbərlik etdiyi sursat təşəbbüsü çərçivəsində 2025-ci ilin sonuna qədər Ukraynaya 1,8 milyon artilleriya mərmisi göndəriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Kyiv Independent" məlumat yayıb.

Pavelin mayın 4-də verdiyi açıqlamaya görə, bu rəqəm Praqanın ilin əvvəlində elan etdiyi məbləğə əlavə 300 min sursat deməkdir.

Çexiyanın müdafiə naziri Yana Çernoxova bundan əvvəl ölkənin 2024-cü ildə müxtəlif çaplı 1,5 milyon sursat tədarük etdiyini və payıza qədər eyni tempdə davam etmək üçün vəsaitin olduğunu bildirib.

Kanada, Norveç, Niderland, Danimarka və digər ölkələrin töhfələri ilə dəstəklənən təşəbbüs Ukraynanın artilleriya qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb, Rusiyanın xeyrinə sursat nisbətini 1/10-dən 1/2-ə endirib.

Pavel sursat təchizatındakı bu inkişafın xüsusilə 2024-cü ilin əvvəlində ABŞ-nin hərbi yardımında gecikmələr səbəbindən yaşanan sursat çatışmazlığını kompensasiya etdiyini deyib.

Bu təşəbbüs çərçivəsində Ukrayna aprelin 27-də 400 min yüksək çaplı artilleriya mərmisi alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Ukrayna  


Bizi "telegram"da izləyin