ABŞ və Cənubi Kipr yüksək səviyyəli danışıqlarla müdafiə əlaqələrini dərinləşdirir

2025/05/2025--1746433056.jpg
Oxunub: 556     16:57     05 May 2025    
ABŞ və Cənubi Kipr yüksək səviyyəli danışıqlarla müdafiə əlaqələrini dərinləşdirir.

Ordu.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) nümayəndə heyətinin Cənubi Kiprin Müdafiə Nazirliyi ilə ilkin məsləhətləşmələr aparmaq üçün yaxın vaxtlarda ölkəyə səfəri gözlənilir.

Səfərin məqsədi yanvarın sonunda prezident fərmanı ilə Cənubi Kiprin rəsmi olaraq qoşulduğu Xarici Hərbi Satışlar (FMS) və ABŞ Müdafiə Nazirliyinin artıq ehtiyac duyulmayan müdafiə materiallarını, hərbi avdanlıqları bağışladığı “Excess Defense Articles (EDA) proqramlarının mərhələli şəkildə həyata keçirilməsi üçün zəmin yaratmaqdır.

Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, səfər Cənubi Kipr Milli Qvardiyasının komandanı general-leytenant Georgios Tsitsikostas və DSCA direktoru Mayk Miller arasında Pentaqonda keçirilən görüşdə qərarlaşdırılıb.

Qeyd edək ki, Miller ABŞ-nin xarici hökumətlərlə bütün müdafiə əməkdaşlığı, yardım və silah transferi proqramlarına nəzarət edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin