Pakistan BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

2025/02/1738608366.jpg
Oxunub: 532     23:09     04 May 2025    
Pakistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.

Məlumata əsasən, Pakistan artan gərginlik fonunda Təhlükəsizlik Şurasının toplanmasını istəyib.

"Pakistan Təhlükəsizlik Şurasının iclasını tələb edir. Tarix hələ müəyyən edilməyib", – deyə agentliyin mənbəsi İslamabadın bundan sonrakı hərəkətləri ilə bağlı suala cavab olaraq bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   BMT  


Bizi "telegram"da izləyin