İtaliya ordusu antidron qarışdırma silahını sınaqdan keçirib

2025/04/1745998207.jpg
Oxunub: 588     20:29     04 May 2025    
İtaliya ordusu “Prometo 2020” təlimi zamanı yeni antidron qarışdırma silahını sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, İtaliya ordusu tərəfindən həyata keçirilən "Prometo 2020" təlimi İtaliyanın Verona bölgəsindəki "Foce Verde" poliqonunda keçirilib.

Təlim zamanı WATSON portativ tipli uzun mənzilli çoxdiapazonlu Pilotsuz Təyyarə Sistemləri ilə Mübarizə qarışdırıcısı sınaqdan keçirilib.

Məlumata görə, yeni antidron qarışdırıcı silah CPM şirkəti tərəfindən hazırlanıb.

Şirkət tərəfindən verilən məlumata görə, yüngül və istifadəsi asan sistem performans və ölçü arasında ən yaxşı uzlaşmanı təmin etmək üçün ən son "jammer" texnologiyalarından istifadə edərək, təyin olunmuş əraziləri pilotsuz uçuş aparatı hücumlarından qorumaq məqsədilə hazırlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Ordu   Prometo-2020  


Bizi "telegram"da izləyin