ABŞ ordusu günəş enerjisi ilə işləyən PUA-lardan istifadə edir

2025/04/1745226403.jpg
Oxunub: 456     12:55     22 Aprel 2025    
ABŞ ordusu günəş enerjisi ilə işləyən Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə edir.

Ordu.az xəbər verir ki, 1-ci Çoxdomenli Missiya Qrupunun (MDTF) hərbi qulluqçuları bu ayın əvvəlində tabor səviyyəsindəki təlim zamanı günəş enerjisi ilə işləyən K1000 Ultra-Uzun Dözümlülük (ULE) PUA-sını tətbiq ediblər.

“Statik Fokus 3” kimi tanınan təlim tədbiri ABŞ ordusunun geniş mənzil və aşkarlama effektlərinə yönəlmiş ilk tabor miqyaslı Ev-Stansiya Təlimi (HST) əməliyyatı idi.

“Kraus Hamdani Aerospace” tərəfindən hazırlanmış K1000 PUA-sı ISR (kəşfiyyat, müşahidə və aşkarlama), rabitə relesi və radioelektron mübarizə missiyalarını dəstəkləməklə, təlimdə əsas rol oynayıb.

“Kraus Hamdani Aerospace”in məlumatına görə, K1000ULE öz ölçü və çəkisi kateqoriyasında ən uzun dözümlü, tam elektrikli, sıfır emissiyalı avtonom PUA-dır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin